Qodo həsrətində

Qodo həsrətində

Tamaşa
  • Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
  • 14 noy 2026 - 14 noy 2026

SAMUEL BEKKET. “QODO HƏSRƏTİNDƏ”

Yaş həddi: 18+
Müəllif: Samuel Bekket
Quruluşçu rejissor: Şövqi Hüseynov (Əməkdar artist)
Səhnə tərtibatı: Zaur Abasov
Geyim üzrə rəssam: İradə Heydərova
Səs rejissoru: Zaur Rəşidov
İşıq üzrə rəssam: Vadim Kuskov
Əsas rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist), Kərəm Hadızadə, Elnur
Bəhramxan (Əməkdar artist), Nurlan Süleymanlı, Lalə Qarayeva
Janr: absurd - psixoloji dram
Tamaşanın müddəti: I hissə - 50 dəqiqə
                                   II hissə - 45 dəqiqə

Vladimir (Didi) və Estraqron (Qoqo) adlı iki nəfər Qodo adlı birini gözləyirlər. Həyatın
mənasını açıqlamağa çalışan bu iki nəfər Poçço və Lakki ilə tanış olurlar. İyrənc xarakterli
Poçço, xidmətçisi Lakki onların azadlığını əlindən alıb, müti qula çevirməyə çalışırlar.
Köməksiz Didi və Qoqo ümidlərini kəsmir, Qodonun mütləq gələcəyinə inanırlar.
Bəs, Qodo kimdir? Qodo bəzən Tanrı, bəzən qırılmaz ümid, bəzən gözəl həyat, başqa
sözlə desək, xilaskar kimi rəmzləşdirilir. Onların ümid bağladıqları yaşıl söyüd ağacı da var.
Bəlkə bu ağac sabah qol-budaq atıb onları Poçço kimi vəhşilərdən xilas edəcək.
Tamaşa yaradıcılarının bizə ötürmək istədikləri mesaj bundan ibarətdir ki, insan həyatda
mütləq bir inama sarınmalıdır. Bu, yaşamaq üçün bir ümiddir.

 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı"