Malik Mansurov 65

Malik Mansurov 65

Konsert
  • Beynəlxalq Muğam Mərkəzi
  • 10 dek 2026 - 10 dek 2026

Xalq artisti, tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının “İnstrumental muğam” kafedrasının müdiri, dosent Malik Mansurovun 65 illik yubileyinə həsr olunmuş tədbirdə görkəmli sənətkarın zəngin yaradıcılıq yolu, milli musiqi sənətimizin inkişafına verdiyi töhfələr, ifaçılıq və pedaqoji fəaliyyəti diqqətə çatdırılacaq. Malik Mansurov uzun illər ərzində yüksək ifaçılıq məharəti ilə Azərbaycan tarını və muğam sənətini beynəlxalq səviyyədə layiqincə təmsil edib. Onun solo ifaçı və müşayiətçi kimi formalaşdırdığı özünəməxsus ifa üslubu Azərbaycan tar ifaçılığı məktəbinin dəyərli nümunələrindəndir.

Beynəlxalq Muğam Mərkəzi "Beynəlxalq Muğam Mərkəzi"