image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Maşa və Ayı. Əsl detektiv hekayə

Maşa və Ayı. Əsl detektiv hekayə

Uşaqlar
  • Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
  • 27 avq 2026 - 27 avq 2026


 

⭐ TAMAŞAÇILARIN ÇOXSAYLI İSTƏYİ İLƏ YENİDƏN!

🎭 MAŞA VƏ AYI: ƏSL DETEKTİV HEKAYƏ

Rəsmi lisenziyalı interaktiv ailə tamaşası

Yayın son günlərində uşaqlarınızla birlikdə unudulmaz və əyləncəli anlar yaşayın!

Sevimli qəhrəmanlar Maşa və Ayı tamaşaçıların çoxsaylı istəyi ilə yenidən Bakıya qayıdır. Balaca tamaşaçıları musiqi, rəqslər, interaktiv oyunlar və gözlənilməz hadisələrlə dolu maraqlı detektiv macəra gözləyir.

Maşa, Ayı və dostları bayrama hazırlaşarkən müəmmalı hadisə baş verir — bütün şirniyyatlar, hətta soyuducu belə yoxa çıxır! Bu sirrin arxasında kim dayanır? Cavabı balaca tamaşaçılar qəhrəmanlarla birlikdə tapacaqlar.

🎟 XÜSUSİ TƏKLİF

27 avqustda keçiriləcək “Maşa və Ayı: Əsl detektiv hekayə” və 28 avqustda keçiriləcək “DİNOADA: Davud və Fidanla” tamaşalarına alınan biletlərin ümumi sayı qrup endirimlərinə daxil edilir.

Məsələn, hər iki tamaşa üzrə birlikdə 4, 10 və ya 20 bilet əldə etdikdə müvafiq qrup endirimlərindən yararlana bilərsiniz.

💸 BİLET QİYMƏTLƏRİ

10 / 15 / 20 / 30 / 40 AZN

💥 QRUP ENDİRİMLƏRİ

(20 AZN və yuxarı kateqoriyalar üçün)
• 4+ bilet — 10% endirim
• 10+ bilet — 15% endirim + 2 pulsuz bilet
• 20+ bilet — 20% endirim + 4 pulsuz bilet

🔹 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur (hər uşaq üçün 1 valideyn bileti mütləqdir; əlavə yer ayrılmır və uşaq valideynin qucağında əyləşir).

👶 Yaş həddi: 0+
⏰ Müddət: 1 saat 15 dəqiqə
🔊 Dil: Azərbaycan dili

📲 Əlavə məlumat: +994 50 354 90 54

"Azərbaycan Dövlət Akademik Musiqili Teatrı"

Keçiriləcəyi yer

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı