“Pullu komediya”

“Pullu komediya”

Tamaşa
  • Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
  • 28 noy 2026 - 28 noy 2026

Xanım Aydın. “Pullu komediya”

Yaş həddi: 16+

Müəllif: Xanım Aydın (Klod Manyenin “Oskar” komediyasına təbdil)

Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)

Quruluşçu rəssam: Telman Şıxıyev

Musiqi tərtibatı: Azər Hacıəsgərli

Əsas  rolların ifaçıları: Anar Seyfullayev, Mətləb Abuşov,  Nurlan Süleymanlı, Nəsibə Eldarova (Əməkdar artist), Kəmalə Müzəffər (Əməkdar artist), Elşən Hacıbabayev, Müşfiq Elmanoğlu, Mehriban Abdullayeva, Könül Əbil, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Venera Abbasova, Sənan Kazımov, İlhan Sadıqov

Janr: absurd - komediya                                

Tamaşanın müddəti:  I hissə - 1 saat

                                    II hissə - 45 dəqiqə

Klod Manyenin “Oskar” pyesini təbdil edən Xanım Aydının “Pullu komediya” tamaşası “Cəbiş Sabunlu” şirkətinin rəhbəri Cəbiş biznesdə daha böyük mənfəət qazanmaq naminə “qara mühasibatlıqdan” istifadə etməkdən belə çəkinmir. Onun gizli qazanc mənbəyini öyrənən köməkçisi Mənfəət bu fakta əsaslanaraq, üstüörtülü şəkildə hədə-qorxu gəlir və şirkətin kommersiya direktoru vəzifəsinin ona həvalə olunmasını istəyir. Bunun səbəbi odur ki, Mənfəət evlənmək istədiyi zəngin ailənin qızını hər cür maddi imkanlarla təmin etmək arzusundadır. Sonradan məlum olur ki, onun sevdiyi qız Cəbiş Sabunlunun qızıdır.

Mənfəət əldə etmək və evlənmək kimi iki faktdan başlanan tale oyunları təkcə Sabunlunu deyil, bütün iştirakçıları gülünc vəziyyətə salır. Personajlar qazanmaq və evlənmək naminə bir-birinə tələ qururlar. Nəticədə, bu qarışıq ailə “oyununun” içində Cəbiş də, ətrafındakılar da uduzurlar. Sərvət isə tamamilə yad adamlara qalır.

Cəbişin xanımı Suğra, qızı Duru, sevgilisindən olan qızı Səfiyyə, qulluqçusu Zərqələm, kommersiya şöbəsinin müdiri Mənfəət, bir sözlə, bütün personajlar məzhəkə iştirakçılarına çevrilirlər. Müəllifin məqsədi əsərinin personajlarını, sadəcə, təqdim etmək deyil, həm də onların vasitəsi ilə mesaj ötürməkdir. Xoş ovqat hədiyyəsi ilə tamaşaçıları sevindirən tamaşa hamıya bir həyat dərsi verir: aza qane olmayan əlindəkiləri də itirər; haram pullarla qazanılan var-dövlətin deyil, təmiz insani duyğuların soraqçısı olmaq lazımdır.   

 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı"