Muğam — Azərbaycan musiqisi
Konsert- Show Gallery
- 25 avq 2026 - 25 avq 2026
Muğam — Azərbaycan musiqisi
Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkədir. Bu torpağın əsrlərdən gələn ruhu, duyğusu və fəlsəfəsi musiqisində yaşayır.
Kökü dərin keçmişə söykənən muğam — Azərbaycan şifahi ənənəli musiqisinin ən möhtəşəm və ən ali janrıdır. Onun hər sədası tarixdən gələn bir hekayə, hər improvizasiyası isə qəlbin ən incə hisslərinin ifadəsidir.
UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan muğamı bu gün də öz ecazkar gücü ilə insanları valeh edir.
Muğam, xalq mahnıları, xalq musiqisi və onların əsasında bəstələnmiş əsərlər — bütün bu zəngin irs sizlərə təqdim olunmaq üçün öz zamanını səbirsizliklə gözləyir.
Bu, sadəcə musiqi deyil.
Bu — Azərbaycanın ruhudur. ✨
İfaçılar:
İsmayıl Zülfüqarov — tar
Asif Əlizadə — xanəndə
Fərid Nəcəfov — kamança
Qeyd: Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.
Qeyd: Tədbir məkanına sessiya başlamazdan 30 dəqqiqə əvvəl gəlməyiniz xahiş olunur.
Digər tədbirlər
-
Açıq Havada Retro Axşamı. Şam işığında konsert. Candlelight Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
11 iyl 2026 - 02 avq 2026 19:00 -
Açıq Havada Şam İşığı konserti - Hans Zimmer, Ludovico Einaudi & Joe Hisaishi. Film musiqiləri. Candlelight Baku Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
11 iyl 2026 - 08 avq 2026 20:45 -
Gəl Dost Olaq – Çərpələng Festivalı, Nabran Nabran dəniz sahili
01 avq 2026 - 02 avq 2026 10:00