Muğam Axşamı
GabalaFest- Qafqaz Resort Amfiteatrı
- 31 iyl 2026 - 31 iyl 2026
GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.
Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.
Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!
Azərbaycan muğam sənətinin zəngin ənənələrini əks etdirən konsert proqramı. Muğamın dərin emosiyası və milli musiqimizin incə çalarları tamaşaçılara təqdim olunacaq.
Solistlər:
Azərbaycan Respublikasının Əməkdar artistləri
Təyyar Bayramov (xanəndə)
Sahib Paşazadə (tar)
Bəyimxanım Vəliyeva (xanəndə)
Toğrul Əsədullayev (kamança)
Muğam müsabiqəsinin laureatları
Mirələm Mirələmov (xanəndə)
Kamilə Nəbiyeva (xanəndə)
Keçiriləcəyi yer
Qafqaz Resort AmfiteatrıDigər tədbirlər
-
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri Heydər Əliyev Konqres Mərkəzi
29 iyl 2026 - 29 iyl 2026 17:00 -
"Balet" qala konsert Qafqaz Resort Amfiteatrı
29 iyl 2026 - 29 iyl 2026 20:30 -
"Vyetnam Milli Vokal Janrlarına Introduksiya" – "Trong Dong" Ansamblı Heydər Əliyev Konqres Mərkəzi
30 iyl 2026 - 30 iyl 2026 17:00