Muğamat axşamı
Konsert- Beynəlxalq Muğam Mərkəzi
- 25 noy 2026 - 25 noy 2026
BMM-nin “Muğamat axşamı” konserti Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi, böyük mütəfəkkir və şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunur. Konsertdə muğamın zəngin melodik çalarları ilə Xaqani irsinin mənəvi-estetik dəyərləri vəhdət təşkil edərək milli musiqi və ədəbiyyatımızın ecazkar harmoniyasını dinləyicilərə təqdim edəcək. Bu musiqi axşamı görkəmli şairin əziz xatirəsinə ehtiramın və Azərbaycan mədəni irsinin təbliğinin ifadəsidir.