Naz Vokal Ansamblı – Yeni ilə Özəl Konsert
Konsert- Kamera və orqan musiqisi zalı
- 23 dek 2026 - 23 dek 2026
“NAZ” vokal ansamblı yeni ilə özəl konsert proqramı ilə dinləyicilər qarşısına çıxır. Bu xüsusi musiqi axşamı 23 dekabr baş tutacaq — 🎶🎄
Gecədə milli və retro musiqimizin sevilən nümunələri çoxsəsli vokal ifasında və piano müşayiəti ilə səsləndiriləcək. Nostalji ruh, zərif harmoniya və canlı səhnə enerjisi dinləyicilərə duyğulu və yaddaqalan musiqi təcrübəsi yaşadacaq.
Çoxsəsli vokal ifalar Firuzə Məmmədova, Əminə Hacıyeva, Sevil Əsədullayeva və Nigar Rüstəmovanın ifasında təqdim olunacaq və bütün çıxışlar Etibar Ərdəbilinin piano müşayiəti ilə səslənəcək.
Ansamblının bədii rəhbəri: Xanımana Məmmədzadə
Konsert proqramı təxminən 60 dəqiqə davam edir. Yeni ilə özəl qurulan atmosfer bu gecəni qonaqlara ithaf olunmuş zərif və xüsusi musiqi axşamına çevirəcək.