image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış

Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış

Seminar
  • Nizami Kino Mərkəzi
  • 25 okt 2026 - 25 okt 2026

Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə obsessiv-kompulsiv pozuntunun (OKP) diaqnostikası, neyrobioloji əsasları, farmakoloji və psixoterapevtik müalicəsi ilə bağlı müasir elmi yanaşmaların müzakirə olunacağı “Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış” adlı elmi-praktik simpozium keçiriləcək.

Simpozium müxtəlif ixtisas sahələrindən olan mütəxəssisləri bir araya gətirərək OKP-yə psixiatrik, nevroloji və psixoloji baxışları bir platformada təqdim etməyi, elmi biliklə klinik praktika arasında əlaqəni gücləndirməyi hədəfləyir.

Tədbir çərçivəsində OKP-nin DSM-5-TR diaqnostik meyarları və diferensial diaqnostikası, neyrobioloji mexanizmləri, Tourette sindromu ilə əlaqəsi, uşaqlarda və yeniyetmələrdə farmakoterapiyası, ailə akkomodasiyası, CBT və ERP-nin klinik tətbiqi kimi mövzular müzakirə olunacaq.

I SESSİYA

Psixiatr Orxan Fərəcli
OKP-nin DSM-5-TR diaqnostik meyarları və diferensial diaqnostikası

Psixiatr Aygün Zeynalova
OKP-də neyrobioloji mexanizmlər: kortiko-striato-talamo-kortikal dövrələrin rolu

Nevroloq Nərgiz Oqtay
Tourette sindromu və obsessiv-kompulsiv pozuntu: tiklərlə kompulsiyaların kəsişmə nöqtələri

Psixiatr Vəfa Şirinova
Uşaqlarda və yeniyetmələrdə OKP: farmakoterapiya və müalicənin monitorinqi

Sual-cavab sessiyası

Coffee Break

II SESSİYA

Klinik psixoloq Mələk Kərimova
Obsessiv-kompulsiv pozuntuda ailə akkomodasiyası: simptomların davam etməsində ailənin rolu

Uşaq və yeniyetmə psixoloqu Leyla Sultanova
Uşaq və yeniyetmələrdə OKP-də CBT: psixoloqun praktik yanaşması 

Psixoloq Feyza Mert
Oyun otağından klinik müşahidələr: uşaqlarda OKP-nin erkən əlamətləri

Sual-cavab sessiyası

Nahar fasiləsi və networking

III SESSİYA

OKP-də CBT və ERP: elmi əsaslar və klinik tətbiq

Bu sessiyada obsessiv-kompulsiv pozuntunun psixoterapevtik müalicəsində koqnitiv-davranışçı terapiyanın (CBT) rolu, OKP-nin koqnitiv-davranışçı modeli, əsas terapevtik müdaxilələr və ekspozisiya və cavabın qarşısının alınmasının (ERP) klinik praktikada tətbiqi müzakirə olunacaq.

Yekun çıxış və simpoziumun bağlanışı

Kimlər üçün nəzərdə tutulub?

Simpozium psixiatrlar, nevroloqlar, klinik psixoloqlar, psixoloqlar, psixoterapevtlər, uşaq və yeniyetmə psixi sağlamlığı sahəsində çalışan mütəxəssislər, həmçinin OKP ilə işləyən digər səhiyyə və psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulub.

Elmi bilik, klinik təcrübə və multidissiplinar əməkdaşlığın bir araya gəldiyi bu simpoziumda sizi gözləyirik.