Otello

Otello

Tamaşa
  • Heydər Əliyev Sarayı
  • 11 dek 2026 - 11 dek 2026

“OTELLO”

(4 pərdəli opera)

 

 

Bəstəkar – Cüzeppe Verdi

Dirijor – Mustafa Mehmandarov

Quruluşçu rejissor – Xalq artisti Əvəz Abdullayev

Geyim üzrə rəssam – Ulya Abdullayeva

Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva

Konsertmeysterlər – Daniil Kirillov, Roza Səlimova, Tofiq Şıxıyev

 

 

İŞTİRAK EDİRLƏR:

 

 

Otello – Xalq artisti Yusif Eyvazov

Dezdemona – Əməkdar artist Afaq Abbasova

Yaqo – Xalq artisti Əvəz Abdullayev

Kassio – Əməkdar artist Tural Ağasıyev

Emiliya – Nina Makarova

Rodriqo – Əməkdar artist Əliəhməd İbrahimov

Lodoviko – Xalq artisti Əkrəm Poladov

Montano – İqor Yadrov

Herold – Ruslan Persan

“Otello”  Cüzeppe Verdinin Şekspirin qisas və qısqanclıq  haqqında dramı əsasında yazılmış sonuncu faciəvi operasıdır. Operanın libretto müəllifi Arriqo Boytodur. Tamaşanın premyerası 5 fevral 1887-ci ildə La-Skala teatrında baş tutmuşdur. 
Operanın qısa məzmunu
Mavritaniyalı sərkərdə Otellonun rəhbərliyi altında donanma türklər üzərində qələbədən sonra fırtınanı dəf edərək Kiprə qayıdır. Yalnız Yaqo bu hadisəyə sevinmir. Kassionun kapitan rütbəsinə layiq görülməsi bu rütbəyə iddialı olan Yaqoda ona qarşı nifrət hissi oyatmışdır. O, Otellonu məhv etməyə çalışır, buna görə də onu inandırır ki, həyat yoldaşı Dezdemona ona Kassio ilə xəyanət edir. Otello qısqanclıqdan dəli olmaq dərəcəsinə gəlib çatır. Günahsız və qorxmuş Dezdemona özünə haqq qazandırmağa çalışır. Yaqonun satqınlığın nəticəsi olaraq Otello arvadını yataq otağında boğur. Lakin Emiliya Dezdemonanın günahsız olduğu haqqında  həqiqəti hamıya açır. Yaqo qaçmaqla canını qurtarır. Öz əməllərindən  son dərəcə peşman olan Otello son dəfə Dezdemonanın cansız bədənini qucaqlayaraq özünü öldürür.