Pamela Trevers “Meri Poppins”
Tamamlandı- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
- 26 sen 2026 - 26 sen 2026
Pamela Trevers. “Meri Poppins”
Yaş həddi: 5+
Müəllif: Pamela Trevers
Quruluşçu rejissor və tərcümə müəllifi: Ayla Osmanova
Quruluşçu rəssam: Nisə Həsənova
Əsas rolların ifaçıları: Zemfira Əbdülsəmədova, Aydan Həsənzadə, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov, Xaliq Bəkirov
Janr: nağıl-tamaşa
Tamaşanın müddəti: birhissəli - 1 saat
Pamela Treversin “Meri Poppins” tamaşasında naməlum məkandan gələn qeyri-adi dayə Meri Poppinsdən və onun iki dəcəl uşağı necə ram etməsindən söhbət açılır.
Meri dəcəlləri özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir, onlara səma cisimləri haqqında danışır. Uşaqlar gah Merinin, gah onun dayısı Qıvırcığın, gah da Dovşanın sınaqlarından keçirlər. Dayə, eyni zamanda, balalara oxumağın, oynamağın, əylənməyin sirlərini öyrədir. Nəticədə, dəcəl Maykl və bacısı Ceyn dayələrini sevir, onun köməyi ilə davranış qaydalarının sirlərini öyrənirlər.
Pamela Trevers Merinin simasında bizə uşaqlarla səmimi olmağı, nəyi isə öyrədərkən, onların kövrək dünyasından dünyaya baxmağı məsləhət görür.
Tamaşanı əyləncəli oyunlar, gözəl musiqi nümunələri, rəqslər müşayiət edir.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Arşın mal alan Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
11 noy 2026 - 11 noy 2026 19:00