“Xalqın mədəni sərvəti” Emin Sabitoğlu
Konsert- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 27 noy 2026 - 27 noy 2026
«Xalqın mədəni sərvəti» — Emin Sabitoğlu. Unudulmaz tarixi nəğmələr
27 noyabr saat 19:00-da Opera Studiyasında görkəmli Azərbaycan bəstəkarı Emin Sabitoğlu yaradıcılığına həsr olunmuş konsert keçiriləcək. Axşamda bəstəkarın sevilən və illərin sınağından çıxmış mahnıları səsləndiriləcək.
Konsert proqramında Samir Cəfərov, Flora Kərimova, Teymur Əmrah və Ramil Qasımov çıxış edəcəklər. Həmçinin Cahangir Cahangirov adına Xor Kollektivi gecəyə xüsusi rəng qatacaq.
Tamaşaçıları Azərbaycan musiqisinin qızıl fonduna daxil olmuş əsərlərlə dolu nostalji və duyğusal bir musiqi axşamı gözləyir.