Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik
Seminar- Radisson Hotel Baku
- 03 okt 2026 - 03 okt 2026
Peşəkar təmsilçilik uğurun görünməyən, amma ən vacib tərəflərindən biridir.
Marsol Academy-nin təşkilatçılığı ilə Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən 3 oktyabr 2026-cı il tarixində “Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik” mövzusunda peşəkar təlim proqramı keçiriləcək.
Bu təlim:
✔️ 6 il Türkiyə Prezident Administrasiyasında protokol təcrübəsi
✔️ 40-dan çox ölkədə rəsmi protokol vəzifələri
✔️ 100+ beynəlxalq səfər
✔️ 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa iştirak edən mütəxəssis İhsan Ataöv tərəfindən aparılır.
Bu təlimdə iştirakçılar:
✅ İlk təəssüratın formalaşdırılması və şəxsi imicin idarə olunması
✅ Protokolda geyim qaydaları, rəng seçimi və korporativ görünüş standartları
✅ Rəsmi müraciət formaları və işgüzar ünsiyyət üslubu
✅ Bədən dilinin effektiv istifadəsi və qeyri-verbal kommunikasiya
✅Salamlaşma, təqdimat və əl sıxma qaydaları
✅Vizit kartlarının təqdim olunması və qəbul edilməsində etik normalar
✅İclasların idarə olunması və rəsmi tədbirlərdə təmsilçilik qaydaları
✅Rəhbər–işçi münasibətlərində peşəkar ünsiyyət prinsipləri
✅Rəhbər kabinetində tətbiq olunan protokol qaydaları
✅Elektron poçt və telefon yazışmalarında etik davranış standartları
✅Qarşılama, qonaqpərvərlik və yola salma mərasimlərinin təşkili
✅Oturma planlarının hazırlanması və protokol üzrə öncəlik prinsipləri
mövzuları üzrə həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər.
Təlimin sonunda iştirakçılar korporativ etiket, protokol idarəçiliyi və peşəkar təmsilçilik sahəsində əldə etdikləri bilikləri iş həyatında tətbiq etmək üçün praktiki alətlər və metodlarla tanış olacaqlar.
Peşəkar imicinizi gücləndirmək, korporativ mühitdə daha inamlı və effektiv təmsil olunmaq istəyirsinizsə, bu təlim sizin üçün dəyərli fürsətdir.