Qoğalın sərgüzəştləri
Uşaqlar- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
- 22 noy 2026 - 22 noy 2026
“Qoğalın sərgüzəştləri”
Yaş həddi: 5+
Müəllif: Xalq nağılının motivləri əsasında səhnələşdirən Pərvin Nurəliyeva
Quruluşçu rejissor: Əməkdar artist Nicat Mir Kazımov
Quruluşçu rəssam: Elşən Sərxanoğlu
Əsas rolların ifaçıları: Anar Seyfullayev, Araz Pirimov, Ramil Şamiloğlu, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Zümrüd Quliyeva, Müşfiq Elmanoğlu, Elşən Şıxəliyev, Asya Atakişiyeva, Aybəniz Heydərova, Tahir İsmayılov
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: 1 saat 10 dəqiqə
Meşədə tənha qocalar qoğal bişirirlər. Qoğal onların arzuladıqları uşağa çevrilir. Bu dəcəl uşaq sözə qulaq asmır, evdən qaçır ki, ağıl tapsın. Qaçış onu Ayı, Canavar, Tülkü kimi hiyləgər vəhşilərlə üz-üzə gəlməyə məcbur edir. Onun xilaskarı balaca Dovşan olur.
Deməli, ağıl yaşda deyil, başdadır, bir də böyüyün sözünə baxmayan çox çətin sınaqlarla üz-üzə qalar.
Balaca tamaşaçılar üçün hazırlanmış bu gözəl ideyalı tamaşa həm də rəngarəng geyimləri, gözəl rəqsləri və şirin mahnıları ilə diqqəti cəlb edir.