image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Ramiz Quliyev

Ramiz Quliyev

Konsert
  • Azərbaycan Dövlət Akademik Filarmoniyası
  • 30 apr 2026 - 30 apr 2026


Bu musiqi gecəsi görkəmli sənətkar Ramiz Quliyevin milli musiqi sənətimizdə, xüsusilə tar ifaçılığı məktəbinin formalaşması və inkişafında oynadığı müstəsna rolun ehtiramla yad edilməsinə həsr olunur. Konsert proqramında muğam və Azərbaycan klassik musiqisinin seçmə nümunələri səsləndiriləcək.

Konsertdə solistlər və ifaçılar:

Nəzakət Teymurova (xanəndə)

Azər Zeynalov (tenor)

Ənvər Sadiqov (qarmon)

Ramil Qasımov (tenor)

Sahib Paşazadə (tar)

Emil Əfrasiyab (piano)

Təyyar Bayramov (xanəndə)

İlkin Əhmədov (xanəndə)

Elnur Zeynalov (xanəndə)

Ehtiram Hüseynov (xanəndə)

Səxavət Məmmədov (tar)

eləcə də gənc tarzənlər

Bu konsert Ramiz Quliyevin zəngin sənət irsinin yaşadılmasına, onun yaratdığı məktəbin bu gün də canlı və davamlı olduğunu nümayiş etdirən mühüm mənəvi və musiqi hadisəsidir.

"Azərbaycan Dövlət Akademik Filarmoniyası"