image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Robototexnika və Elektronika Workshop

Robototexnika və Elektronika Workshop

Master Klass
  • İDSchool tədris mərkəzi
  • 12 iyl 2026 - 12 iyl 2026


 


IDSchool — IDTech Academy nəzdində fəaliyyət göstərən, 7–16 yaşlı uşaqlar üçün innovativ təhsil mərkəzidir. Mərkəzin əsas məqsədi uşaqları gələcəyin peşələri ilə tanış etmək və onlarda erkən yaşlardan rəqəmsal bacarıqları inkişaf etdirməkdir.

Makeblock mBot ilə Robototexnika Master-Klassı!


Övladınız elektronika və proqramlaşdırma dünyası ilə əylənərək tanış olsun! Bu workshop-da uşaqlar Makeblock mBot avadanlıqları ilə işləyərək həm texnologiyanı öyrənəcək, həm də öz ilk robot layihələrini hazırlayacaqlar.

İştirakçılar nələr edəcək?


Elektronikanın əsaslarını və mBot robotunu kəşf edəcəklər.
Sensorlar, LED və buzzer kimi komponentlərlə işləyəcəklər.
Sadə blok proqramlaşdırma ilə robotları idarə edəcəklər.
Komanda şəklində kiçik layihələr və əyləncəli mini yarışda iştirak edəcəklər.

Əlaqə nömrəsi: 010 333 13 14