RÖYA
Konsert- Yaşıl Teatr
- 07 avq 2026 - 08 avq 2026
RÖYA – Yayın ən möhtəşəm gecəsi Yaşıl Teatrda!
Azərbaycanın pop musiqisinin parlaq ulduzu Röya 7-8 avqust tarixlərində möhtəşəm solo konserti ilə Yaşıl Teatr səhnəsinə çıxacaq.
Güclü səhnə enerjisi, canlı ifası və milyonlarla dinlənilən hit mahnıları ilə sevilən sənətçi bu dəfə də pərəstişkarlarına unudulmaz musiqi gecəsi yaşadacaq. Konsert proqramında Röyanın illərdir dillər əzbəri olan ən məşhur mahnıları ilə yanaşı, tamaşaçıları sürprizlər və xüsusi səhnə şousu da gözləyir.
Açıq səma altında, Yaşıl Teatrın özünəməxsus atmosferində keçiriləcək bu konsert emosiyalar, romantika və yüksək enerji ilə yadda qalacaq. Sevdiyiniz mahnıları minlərlə tamaşaçı ilə birlikdə canlı dinləmək və yayın ən möhtəşəm musiqi hadisələrindən birinin şahidi olmaq üçün bu fürsəti qaçırmayın!