"Münasibətlər Körpüsü" adlı seminar
Seminar- Nizami Kino Mərkəzi
- 14 avq 2026 - 14 avq 2026
Sağlam və xoşbəxt münasibətlərin sirri nədir? İnsanlarla düzgün ünsiyyət qurmaq, qarşılıqlı anlaşmanı gücləndirmək və münasibətlərdə yaranan problemləri daha doğru idarə etmək istəyirsinizsə, bu seminar sizin üçündür.
Ənvər Yavəroğlu Həsənov — 20 ildən artıq təcrübəyə malik peşəkar kouç, mentor və konsultantdır. Melody Group MMC-nin təsisçisi və direktorudur. İdarəetmə, münasibətlər, şəxsi inkişaf və biznes konsultasiyası sahələrində fəaliyyət göstərir, həmçinin “Həyatımızdakı Satış” kitabının müəllifidir.
Seminarda aşağıdakı mövzular müzakirə olunacaq:
Sağlam münasibətin əsasları
Effektiv ünsiyyət bacarıqları
Güvən və hörmətin rolu
Münaqişələrin düzgün həlli yolları
Münasibətlərdə sərhədlərin müəyyən edilməsi
Emosional zəka və empatiya
Seminar iştirakçılara həm şəxsi, həm ailəvi, həm də sosial münasibətlərdə daha uğurlu olmağa kömək edəcək.