Sindbad

Sindbad

Uşaqlar
  • Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
  • 21 noy 2026 - 21 noy 2026

"Sindbad”

Yaş həddi: 6+

Müəllif: Ərəb xalq nağılı  (Səhnələşdirmə - Pərvin Nurəliyeva)

Quruluşçu rejissor: Nicat Kazımov  (Əməkdar artist)

Baş rolların ifaçıları:  Bəhram Əliheydər, Asya Atakişiyeva

Janr:  nağıl-tamaşa

Tamaşanın müddəti: 1 saat

         Sindbad və dostları dəniz səyahətinə çıxır, müxtəlif əyalətlərdə olurlar. Onlar gah quldurlarla, gah da  bir əyaləti susuz qoyan  Təpəgözlə rastlaşırlar.  Sindbadla dostları hər yerdə cəsurluq nümunəsi göstərib, bütün pisliklərin qarşısını alırlar .  Sindbadın sözləri tamaşanın ideyasına çevrilir: “Mən axtardığım həqiqəti tapdım. Həqiqət budur ki, ehtiyacı olandan köməyini əsirgəmə, hər zaman yaxşılıq et ki, qarşına da yaxşılıq çıxsın.”

Maraqlı rəqs, döyüş elementləri, gözəl personaj geyimləri və şən musiqi ilə müşayiət olunan “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış “Sindbad ” tamaşasında gənc tamaşaçıların sevdikləri personajlar iştirak edirlər. 

 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı"