image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Avtofilm – Baywatch

Sky Cinema Avtofilm – Baywatch

Film
  • Sky Cinema
  • 21 iyl 2026 - 22 iyl 2026

Təcrübəli xilasedici Mitç Byukennon və onun komandası məşhur çimərlikdə təhlükəsizliyi qoruyur. Sahil təhlükəli cinayət fəaliyyəti ilə üzləşdikdə, xilasedicilər adi vəzifələrinin hüdudlarından kənara çıxaraq çimərliyi və onun ziyarətçilərini qorumaq üçün qüvvələrini birləşdirməli olurlar.

 

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"