image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – Anna Karenina

Sky Cinema Dənizkənarı Avtosinema – Anna Karenina

Film
  • Sky Cinema
  • 11 avq 2026 - 11 avq 2026

Anna Karenina

Anna Karenina yüksək cəmiyyətin nüfuzlu xanımlarından biridir. Gənc zabit Aleksey Vronski ilə tanışlıq onun həyatını tamamilə dəyişir. Onların məhəbbəti cəmiyyət qaydalarına meydan oxuyur və Annanı ailəsi, borcu və həqiqi sevgisi arasında çətin seçim etməyə məcbur edir

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"