image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema  –Arrival

Sky Cinema Dənizkənarı Avtosinema –Arrival

Film
  • Sky Cinema
  • 15 avq 2026 - 16 avq 2026

Arrival

Yer kürəsinin müxtəlif bölgələrində sirli kosmik gəmilər peyda olduqdan sonra hökumət istedadlı dilçi Luiza Benksdən kömək istəyir. O, yadplanetlilərlə ünsiyyət quraraq onların dilini anlamağa və Yerə gəlişlərinin əsl məqsədini öyrənməyə çalışır. Lakin araşdırma irəlilədikcə Luizanın zaman, taley və öz gələcəyi haqqında düşüncələri tamamilə dəyişir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"