Sky Cinema Dənizkənarı Avtosinema – Ayla: The Daughter of War
Film- Sky Cinema
- 14 avq 2026 - 14 avq 2026
Ayla: The Daughter of War
Koreya müharibəsi zamanı türk çavuşu Süleyman döyüş meydanında valideynlərini itirmiş balaca bir qız tapır. O, qıza Ayla adını verir və zaman keçdikcə onların arasında ata-qız sevgisini xatırladan güclü bağ yaranır. Müharibənin sona çatması onları bir-birindən ayırsa da, illər sonra yenidən görüşmək ümidi heç vaxt sönmür. Film real hadisələr əsasında çəkilmişdir
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!