image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema  – Before Sunrise

Sky Cinema Dənizkənarı Avtosinema – Before Sunrise

Film
  • Sky Cinema
  • 09 sen 2026 - 10 sen 2026

Before Sunrise

Bəzən təsadüfi bir görüş adi bir axşamı heç vaxt unudulmayacaq bir xatirəyə çevirə bilər.

Avropada qatarla səyahət edən Cessi və Selin təsadüfən tanış olurlar. Bir neçə saatı birlikdə keçirmək qərarı onları Vyana küçələrinə aparır. Sevgi, həyat, arzular və qorxular haqqında səmimi söhbətlər iki yad insanı getdikcə bir-birinə yaxınlaşdırır.

Before Sunrise təsadüfi görüşlər, insan yaxınlığı və zamanın sanki dayandığı xüsusi anlar haqqında incə və səmimi romantik hekayədir.

 

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"