image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – Dayanılmaz Çekim

Sky Cinema Dənizkənarı Avtosinema – Dayanılmaz Çekim

Film
  • Sky Cinema
  • 11 sen 2026 - 11 sen 2026

Dayanılmaz Çekim

Nyu-Yorkda baş verən müəmmalı qaçırılma hadisəsindən sonra nüfuzlu ispaniyalı iş adamının qızı Marfil Kortesin həyatı tamamilə dəyişir. Yeni təhlükələrdən ehtiyatlanan atası onu gecə-gündüz qorumaq üçün Sebastian Muru şəxsi mühafizəçi olaraq işə götürür. Fərqli xarakterləri və aralarındakı fikir ayrılıqlarına baxmayaraq, Marfil və Sebastian arasında getdikcə qarşısıalınmaz bir cazibə yaranır. Lakin sirr, təhlükə və yalanlarla dolu bir dünyada kimə etibar etməyin mümkün olduğunu anlamaq heç də asan deyil.


Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"