Sky Cinema Dənizkənarı Avtosinema  –  Evim Sensin

Sky Cinema Dənizkənarı Avtosinema – Evim Sensin

Film
  • Sky Cinema
  • 23 noy 2026 - 23 noy 2026

Evim Sensin

Leyla ağrılı ayrılıqdan sonra atasının evinə qayıdır və həyatına yenidən başlamağa çalışır. Məhz bu dövrdə tale onu İskəndərlə qarşılaşdırır — tək yaşamağa öyrəşmiş və heç vaxt həqiqi mənada bir evə sahib olmağın nə demək olduğunu hiss etməmiş bir insanla.

Onların arasında zaman keçdikcə dərin bir sevgi yaranır və bu hiss hər ikisinin həyatını dəyişir. Lakin gözlənilməz bir sınaq onları sevgiyə, zamana və sevdikləri insanla keçirdikləri hər anın dəyərinə başqa cür baxmağa məcbur edir.

Evim Sensin sevgi, ümid, itki və bir insanın başqa biri üçün əsl evə çevrilməsi haqqında təsirli hekayədir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

Sky Cinema "Sky Cinema"