Sky Cinema Dənizkənarı Avtosinema – İki Dünya Bir Dilek
Film- Sky Cinema
- 04 avq 2026 - 05 avq 2026
İki Dünya Bir Dilek
Tale fərqli dünyalara aid iki insanın yollarını gözlənilmədən kəsişdirir və onların həyatını ortaq bir arzu birləşdirir. Müxtəlif sınaqlardan və daxili tərəddüdlərdən keçən qəhrəmanlar sevgi, ümid və səmimi arzuların gücünə fərqli gözlə baxmağa vadar edən duyğusal bir səyahətə çıxırlar.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!