Sky Cinema Dənizkənarı Avtosinema – İkimizin Yerine
Film- Sky Cinema
- 20 avq 2026 - 21 avq 2026
“İkimizin Yerine” — ailəsinin ciddi qaydaları altında kiçik bir şəhərdə yaşayan gənc Çiçəyin həyatından bəhs edən romantik dramdır. Yeni ədəbiyyat müəllimi Doğanla tanışlıq onun gündəlik həyatını və gələcəyə baxışını dəyişməyə başlayır. Bu qarşılaşma Çiçəyi sevgi, azadlıq və şəxsi seçimləri haqqında düşünməyə vadar edir. Film güclü hisslər, çətin qərarlar, ailə sirləri və insanın öz həyat yolunu tapmaq istəyi üzərində qurulub.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!