image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – İncir Reçeli

Sky Cinema Dənizkənarı Avtosinema – İncir Reçeli

Film
  • Sky Cinema
  • 29 avq 2026 - 29 avq 2026

İncir Reçeli — həyatının çətin dövrünü yaşayan ssenarist Metinin Duyğu adlı sirli bir qızla gözlənilməz tanışlığından bəhs edən romantik dramdır. Bu görüş zamanla hər iki qəhrəmanın həyatına təsir edən xüsusi münasibətə çevrilir. Film sevgi, yaxınlıq, ümid və insanın həyatında dərin iz buraxan anlar haqqında emosional hekayə təqdim edir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"