Sky Cinema Dənizkənarı Avtosinema – Ongörü
Film- Sky Cinema
- 29 avq 2026 - 29 avq 2026
Öngörü — gələcəyi yuxularında görə bilən Selen adlı qadının hekayəsindən bəhs edən romantik dramdır. Bir gün gördüyü yuxu onu öz həyatı ilə bağlı təhlükəli bir hadisənin astanasına gətirir. Bu müddətdə yolu Kemalla kəsişir və Selen həm taleyini dəyişməyə, həm də gözlənilməz hissləri ilə üzləşməyə başlayır. Film sevgi, seçim və gələcəyi dəyişdirməyin mümkün olub-olmaması mövzularını birləşdirir.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!