Sky Cinema Dənizkənarı Avtosinema – Rüyanda Görürsün
Film- Sky Cinema
- 05 avq 2026 - 05 avq 2026
Rüyanda Görürsün
Tamamilə fərqli həyat tərzi keçirən Pelin və Engin gözlənilməz hadisədən sonra gələcəkdə oyanır və evli olduqlarını anlayırlar. Heç hazır olmadıqları bu yeni həyat onları bir-birlərini daha yaxından tanımağa, sevgiyə fərqli baxmağa və xoşbəxtliyin bəzən ən gözlənilməz şəkildə gəldiyini kəşf etməyə vadar edir. Film sevgi, tale və ikinci şans haqqında romantik komediyadır.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!