Sky Cinema Dənizkənarı Avtosinema– Senden Bana Kalan
Film- Sky Cinema
- 24 avq 2026 - 24 avq 2026
“Senden Bana Kalan” — qayğısız və imkanlı həyat sürməyə alışmış gənc Özgürün hekayəsindən bəhs edən təsirli türk romantik dramıdır. Babasının vəsiyyətindəki gözlənilməz şərt onu İstanbuldan ayrılaraq kiçik bir kəndə getməyə məcbur edir. Burada Özgür əvvəlki həyatından tamamilə fərqli bir mühitlə və Elif adlı gənc qızla qarşılaşır. Bu tanışlıq zamanla onun sevgiyə, həyata və həqiqi dəyərlərə baxışını dəyişməyə başlayır.
Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!
Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.
SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.
Ulduzların altında görüşənədək!