Sky Cinema Dənizkənarı Avtosinema –  Son Yemek

Sky Cinema Dənizkənarı Avtosinema – Son Yemek

Film
  • Sky Cinema
  • 20 noy 2026 - 21 noy 2026

Son Yemek

İstedadlı pianoçu Sebahat və həyatını xilas etdiyi sirli agent Bekir arasında ehtiraslı bir sevgi yaranır. Bekirin qəfil yoxa çıxması ilə yarımçıq qalan bu sevgi illər sonra onun geri qayıtması və Sebahatı başqa biri ilə evli görməsi ilə yenidən gündəmə gəlir. Film sevgi, sədaqət, fədakarlıq, xəstəlikdə və sağlamlıqda bir-birinə bağlı qalmaqdan bəhs edir.

 

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

Sky Cinema "Sky Cinema"