image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema– Sonunda Sen

Sky Cinema Dənizkənarı Avtosinema– Sonunda Sen

Film
  • Sky Cinema
  • 10 avq 2026 - 10 avq 2026

Sonunda Sen

Karyerasında uğur qazanan Aslı nəhayət həqiqi sevgini tapmağa qərar verir və bu Sevgililər Gününü tək keçirməmək üçün hər şeyi planlaşdırır. Lakin işgüzar səfər zamanı baş verən gözlənilməz hadisə onun bütün planlarını alt-üst edir və həyatını dəyişəcək tanışlığa səbəb olur. Qarşıda onu gülməli hadisələr, gözlənilməz sürprizlər və əsl sevginin bəzən ən gözlənilməz anda gəldiyini göstərən romantik bir macəra gözləyir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"