image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – The Curious Case of Benjamin Button

Sky Cinema Dənizkənarı Avtosinema – The Curious Case of Benjamin Button

Film
  • Sky Cinema
  • 16 avq 2026 - 16 avq 2026

The Curious Case of Benjamin Button

Benjamin Batton qeyri-adi şəkildə dünyaya gəlir — o, yaşlı insan görünüşündə doğulur və illər keçdikcə əksinə, cavanlaşmağa başlayır. Onun heyrətamiz həyatı onilliklər, müharibələr, sevgi və itkilərlə dolu olur, zamanın, taleyin və hər anın dəyərinin nə qədər vacib olduğunu göstərir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"