image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema – The Fault in Our Stars

Sky Cinema Dənizkənarı Avtosinema – The Fault in Our Stars

Film
  • Sky Cinema
  • 04 avq 2026 - 04 avq 2026

The Fault in Our Stars

16 yaşlı Hazel Grace Lancaster ağır xəstəliklə mübarizə aparır. Dəstək qrupunda o, xərçəngi məğlub etmiş həyatsevər Augustus Waters ilə tanış olur. Onların arasında qısa zamanda dərin hisslər yaranır və birlikdə Hazelin ən böyük arzusunu həyata keçirmək üçün sevimli yazıçısı ilə görüşə yollanırlar. Film ilk sevgi, ümid, həyatın dəyəri və hər anın qiymətini bilməyin vacibliyindən bəhs edən təsirli bir hekayədir.

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"