image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sky Cinema Dənizkənarı Avtosinema –  Toy Story 5

Sky Cinema Dənizkənarı Avtosinema – Toy Story 5

Film
  • Sky Cinema
  • 05 sen 2026 - 05 sen 2026

Toy Story 5

Vudi, Bazz Layter, Cessi və onların dostları yeni bir sınaqla üz-üzə qalırlar. Bu dəfə oyuncaqların adət etdiyi dünya müasir texnologiyalarla qarşılaşır — Bonninin həyatına Lilypad adlı ağıllı planşet daxil olur. Yeni cihaz qızın diqqətini tez bir zamanda cəlb edir və oyuncaqları dəyişən dünyada onlar üçün hələ də yer olub-olmadığını düşünməyə vadar edir.

Qəhrəmanları dostluq, sədaqət və öz uşaqlarına olan bağlılıqlarının yenidən sınağa çəkiləcəyi yeni bir macəra gözləyir.


Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

"Sky Cinema"