Sky Cinema Dənizkənarı Avtosinema –  Upgraded

Sky Cinema Dənizkənarı Avtosinema – Upgraded

Film
  • Sky Cinema
  • 12 noy 2026 - 13 noy 2026

Upgraded 

Ana incəsənət dünyasında uğurlu karyera qurmağı arzulayan, lakin istedadı kifayət qədər qiymətləndirilməyən gənc qızdır. Bir gün təsadüfən təyyarənin birinci sinfində səyahət etmək imkanı əldə edir və varlı, nüfuzlu Uilyamla tanış olur. Ondan təsirləndirmək üçün Ana özünü uğurlu biznes-ledi kimi təqdim etməyə qərar verir. Lakin bu kiçik oyun zamanla həyatını dəyişə biləcək romantik münasibətə çevrilir.

 

Ekrandakı ulduzların səmadakı ulduzlar kimi parladığı SkyCinema-ya xoş gəlmisiniz!

Buzovnada dənizkənarında yerləşən avtosinemamızda ekran ölçüsü 80 kvadrat metr təşkil edir. Dənizkənarı qum avtomobillərin dayanması üçün uyğundur.Avtomobillərə səs radiodalğalar vasitəsilə birbaşa ötürüldüyündən, hər bir müştəri rus, türk və ingilis dublyajları arasında seçim edə bilər. Qəlyanaltı və içkilərinizi özünüzlə gətirə bilərsiniz. Eyni zamanda, qəlyanaltı və içkilər təqdim olunan SkyCafe də xidmətinizdədir.

SkyCinema film izləməyi daha əyləncəli və daha atmosferli edən sevimli məkanınıza çevriləcək. Hər gəlişinizin yadda qalan xüsusi hadisə olacağı, açıq səma altında əbədi hekayələrin canlandığı SkyCinemada bizə qoşulun.

Ulduzların altında görüşənədək!

Sky Cinema "Sky Cinema"