image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Sumo üzrə Dünya Çempionatı 2026

Sumo üzrə Dünya Çempionatı 2026

İdman
  • Bakı İdman Sarayı
  • 17 okt 2026 - 18 okt 2026

Təsvir:

TARİXİ İLKƏ HAZIR OLUN!

17–18 oktyabr 2026-cı il tarixlərində Bakı nəinki Azərbaycanda, hətta bütün regionda ilk dəfə dünya sumosunun ən möhtəşəm yarışına ev sahibliyi edəcək!

SUMO ÜZRƏ DÜNYA ÇEMPİONATI İLK DƏFƏ BAKIDA!

Dünyanın ən güclü sumoçuları ilk dəfə Bakı İdman Sarayının torpaq “dohyo”sunda üz-üzə gələcək. Gücün, ənənənin, texnikanın və əzmkarlığın möhtəşəm qarşıdurmasına canlı şahid olun!

Bu, sadəcə yarış deyil — Azərbaycan və region üçün tarixi bir ilkdir!

 Bakı İdman Sarayı
 17–18 oktyabr 2026

İlk dəfə. İlk dəfə Bakı. İlk dəfə bu əzəmətdə!

 

Kişilər, qadınlar və yeniyetmələr arasında keçiriləcək Dünya çempionatı 2 gün davam edəcək. Və dünyanın 30 yaxın ölkələrindən ən nüfuzlu və güclü idmançıları medallar uğrunda mübarizə aparacaq.

Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında keçiriləcək!  Burada hər addım, hər qarşılaşma və hər mübarizə əsrlərdən gələn sumo ənənəsinin əzəmətini nümayiş etdirəcək.

Yarış proqramı:

17 oktyabr – 18 yaşadək idmançıların (qızlar və oğlanlar) fərdi və komanda yarışları

18 oktyabr – Böyüklər (kişilər və qadınlar) arasında fərdi və komanda yarışları 

–Yarışın açılış mərasimi. Açılış mərasimində xüsusi şou proqramın təşkili nəzərdə tutulur.

Gücün, ənənənin və əzəmətin bir araya gəldiyi möhtəşəm mübarizəni canlı izləməyə hazırsınızmı? Nəhənglərin qarşılaşmasına şahid olmaq, adrenalini yerində yaşamaq və bu unudulmaz anların bir parçasına çevrilmək üçün fürsəti qaçırmayın!

"Bakı İdman Sarayı"