90-lar: Kinoman Ariflə canlı podkast

90-lar: Kinoman Ariflə canlı podkast

Konsert
  • Show Gallery
  • 29 noy 2026 - 29 noy 2026

90-lar: Kinoman Ariflə canlı podkast

Bəzən bir film uşaqlığımıza aparır, bir musiqi bizi illər əvvələ qaytarır, bir səhnə isə yaddaşımızda ömürlük yaşayır...

Bu dəfə *90-cı illərin kino dünyasına* birlikdə səyahət edirik! Həmin illərin unudulmaz filmləri, əfsanəvi aktyorları, yaddaşlara həkk olunan obrazları, maraqlı kino faktları və əlbəttə ki, bol-bol nostalji bizi gözləyir.

29 noyabr saat 14:00-da Show Gallery-də Kinoman Ariflə canlı podkastımızda görüşürük!

Amma bu dəfə bir yeniliyimiz var: *tamaşaçılarımız da sadəcə dinləyici olmayacaq!* Sizdən maraqlı suallar, gözlənilməz cavablar, kino bilikləri və hətta kiçik mübahisələr gözləyirik. Çünki bu görüşdə söhbət təkcə bizdən yox, həm də sizdən gedəcək!

Gəlin, 90-ları birlikdə xatırlayaq, sevdiyimiz filmləri yenidən yaşayaq və görək, kim 90-cı illərin kino dünyasını daha yaxşı tanıyır!

Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.

90-lar bitdi, amma o filmlərin sehri hələ də davam edir!

Show Gallery "Show Gallery"

Keçiriləcəyi yer

Show Gallery