"Anamın Kitabı"
Tamamlandı- Şuşa Dövlət Musiqili Dram Teatrı
- 26 sen 2026 - 26 sen 2026
Atalarının arzusuna uyğun olaraq qardaşlar ali təhsil almışlar, lakin vətənlərinə fayda verən elm-bilik sahibi, kamil mütəxəssis kimi qayıtmamışlar. Hər biri doğma yurdlarına təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Düşüncələrinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir.
Əsərdə Gülbahar qardaşların kitabını yandırmaqla müxtəlif ölkələrdə təhsil alan qardaşların bir-birinə yadlaşmalarına etirazını bildirir.
Ananın oğullarının əsas faciəsi öz milli köklərindən ayrılmaları, vətən naminə birləşmək zərurətini anlamamaları olmuşdur.
"Anamın kitabı" əsərdəki üç qardaşın komediyası, ananın faciəsi, Gülbaharın dramıdır. Gülbaharın monoloqu milli birlik marşı kimi səslənir. "Anamın kitabı" Azərbaycanın milli birlik kitabıdır.
Əsərdə vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərlər ön plana çəkilmişdir.
Qeyd: Tədbirə 10 dəqiqədən artıq gecikənlər tamaşaçı zalına buraxılmırlar.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Şuşa Dövlət Musiqili Dram TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Arşın mal alan Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
11 noy 2026 - 11 noy 2026 19:00