"ÖLÜLƏR"
Tamaşa- Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı
- 14 noy 2026 - 14 noy 2026
"Ölülər" tamaşası Kərbəlayi Fətullahın dirilmə xəbəri ilə başlayır. Və qeyd olunur ki, onu dirildən şeyx gələcək və bu kəndin də ölülərini dirildəcək. Lakin Şeyx Nəsrullah və Şeyx Əhməd ölü diriltmə adı altında insanların əlində nələri varsa alıb qaçırlar. Zəmanəsinin qəhrəmanı olan İskəndərsə bu barədə heç bir köməklik edə bilmir. Çünki insanlar ona yox cahilliyə inanmaq istəyirlər. Elə belə xalqın da igidi İskəndər kimi olar...