image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
“Tilsimlənmiş gözəl”

“Tilsimlənmiş gözəl”

Tamaşa
  • Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı
  • 26 sen 2026 - 26 sen 2026

“Tilsimlənmiş gözəl”

Müəllif: T.Karelina

Xronometraj: 50 dəqiqə

Dil: Azərbaycan

Janr: Komediya  

“Tilsimlənmiş gözəl” tamaşası uşaqlar üçün hazırlanmış maraqlı və düşündürücü bir səhnə həllidir. Tamaşada müsbət və mənfi qəhrəmanların bir birinə olan münasibəti real həyat həqiqətidir. Fyodorun dəli kimi sevdiyi gözəl Dunyanın əslində necə pul və hakimiyyət hərisi olduğu meydana çıxır. Hər kəsin qorxduğu, çirkin Küpəgirən qarının əslində qəlbi təmiz və əsl dostcasına olan xarakterini isə xüsusi qeyd etmək olar. Sonda qəhrəmanımız Fyodr Ölməz Kaşşeyin tilsimə saldığı Küpəgirən qarını cadudan azad edir və o, yenidən gözəllər gözəli Yelena olur. Bununla müəllif balaca tamaşaçılarımıza  çatdırmaq istəyir ki, insanların xarici görünüşünə yox, sizə olan əsl münasibətinə dəyər verin.

"Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı"

Keçiriləcəyi yer

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı