image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
"Balaca Şahzadə" - Coşqun Rəhimovun təqdimatında

"Balaca Şahzadə" - Coşqun Rəhimovun təqdimatında

Uşaqlar
  • Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
  • 01 noy 2026 - 01 noy 2026

İlk dəfə Azərbaycanda — Opera Studiyasında musiqili-ədəbi görüş.
Əməkdar artist Coşqun Rəhimov dünya ədəbiyyatının ən təsirli və duyğusal hekayələrindən birini Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərini canlı musiqi müşayiəti ilə səsləndirəcək. İllüstrasiyalar əsasında hazırlanmış videoproyeksiyalar isə tamaşaçılara Balaca Şahzadənin möcüzəli kainatına səyahət ab-havası bəxş edəcək.
Müxtəlif yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu tamaşa yalnız məşhur əsərlə tanışlıq deyil, həm də dostluq, xeyirxahlıq, sevgi, məsuliyyət və sədaqət kimi hər zaman aktual olan dəyərlər haqqında düşünmək üçün gözəl fürsət yaradacaq.
Bədii söz, musiqi və vizual incəsənəti bir araya gətirən orijinal format gənc tamaşaçıların teatrın sehrli dünyasını kəşf etməsinə və artıq neçə nəsildir uşaqları və böyükləri ilhamlandıran bu əbədi hekayəyə yeni gözlə baxmasına imkan verəcək.

"Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu"

Keçiriləcəyi yer

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu