image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Şelkunçik

Şelkunçik

Uşaqlar
  • Heydər Əliyev Sarayı
  • 31 dek 2026 - 01 yan 2027

İlk dəfə Azərbaycanda!

Gediminas Tarandanın rəhbərliyi ilə İmperiya Rus Baleti.

Dünyanın ən gözəl Yeni il ənənələrindən biri ilk dəfə Bakıda keçiriləcək.

Pyotr İliç Çaykovskinin ölməz şah əsəri “Şelkunçik” ilk dəfə Azərbaycanda İmperiya Rus Baletinin tur  səfəri çərçivəsində Heydər Əliyev Sarayının səhnəsində təqdim olunacaq.

Tamaşa Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin canlı müşayiəti ilə, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Bakı Xoreoqrafiya Akademiyasının şagirdlərinin iştirakı ilə nümayiş olunacaq.

Bu möhtəşəm beynəlxalq layihə klassik baletin zərifliyini, canlı simfonik musiqinin qüdrətini və Yeni ilin sehrini bir araya gətirərək bütün ailə üçün unudulmaz bayram hədiyyəsinə çevriləcək.

📅 31 dekabr 2026 – saat 15:00
📅 1 yanvar 2027 – saat 19:00
📍 Heydər Əliyev Sarayı
🎟️ Biletlər iTicket.az-da və şəhərin bütün kassalarında satışdadır.

Yeni ili Çaykovskinin ölməz musiqisi və “Şelkunçik”in nağılı ilə qarşılayın!