Dovşanın ad günü

Dovşanın ad günü

Tamaşa
  • Şuşa Dövlət Musiqili Dram Teatrı
  • 21 noy 2026 - 21 noy 2026

Xanımana Əlibəylinin qələmindən çıxan “Dovşanın ad günü” səhnə əsərində meşə heyvanları – tülkü, canavar, dovşan, kirpi və çəpişin dili ilə uşaqlara dostluq, sədaqət və səmimiyyət kimi mənəvi dəyərlər aşılanır.

Şən musiqilər və aktyorların uşaqlarla canlı ünsiyyəti tamaşaya xüsusi dinamika qataraq onu daha maraqlı və əyləncəli edir.

Təqdim olunan tamaşa Salyan Dövlət Kukla Teatrının aktyorlarının canlı ifasında nümayiş olunacaq.

Şuşa Dövlət Musiqili Dram Teatrı "Şuşa Dövlət Musiqili Dram Teatrı"