Dörd əkizin nağılı
Tamamlandı- Milli Gənc Tamaşaçılar Teatrı
- 24 yan 2026 - 24 yan 2026
“Dörd əkizin nağılı”
Yaş həddi: 5+
Müəllif: Panço Pançev
Quruluşçu rejissor: Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu
Əsas rolların ifaçıları: Naibə Allahverdiyeva (Xalq artisti), Nübar
Novruzova (Xalq artisti), Qəmər Məmmədova (Əməkdar artist), Elnur
Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Anar Səfiyev, Günel
Məmmədova, Zümrüd Quliyeva
Janr: Nağıl-tamaşa
Tamaşanın müddəti: birhissəli, 1 saat 15 dəqiqə
Bu əhvalat Bolqarıstanda baş verir. Ata dörd əkiz övladını bir- birindən ayırd etmək üçün bazardan dörd müxtəlif rəngli papaq alır. Adları da nisbi şəkildə papaqların rənginə uyğunlaşdırılır. Dörd əkizin hər biri Bonka adlı qıza vurulur. Hər biri qızın anası Yelena xalanın yanına gəlib özünə bəy tərifi deyir. Lakin Yelena xalaya lazım olan təkcə zahiri gözəllik deyil, çeviklik, işgüzarlıq və bir də maddi imkanlardır. Ən əsası isə saf məhəbbətdir. Bəs, əsl namizəd kimdir, onu qızı üçün seçə bilmirlər. Bu zaman əkizlərin atası Peter ağa ilə söhbətləşib qərara gəlirlər ki, əkizlər qürbətə gedib bilərzik gətirsinlər. Kimin bilərziyi daha qiymətli və çəkidə ağır olsa, Bonkanı da ona versinlər. Bonka ekizləri yola salarkən hərəsinə bir rəngdə gül bağışlayır. Bonka ilə də şərt kəsirlər: oğlanlar qayıdana qədər qız da üç sandıq cehiz toplamalıdı, bunu öz
zəhməti ilə yığmalıdır. Əkizlər arasında qızın məhəbbətinə layiq, qəlbi təmiz, əhdinə sadiq Gülpapaq çıxır. O, qızın ona hədiyyə etdiyi gülü qoruyur, gül-çiçək becərir və zəhməti ilə sevdiyinə bilərzik alır. Qızı da ona verirlər. Sədaqət, zəhmətsevərlik və düzlük tamaşanın qayəsini təşkil edir.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Milli Gənc Tamaşaçılar TeatrıDigər tədbirlər
-
Maşa və Ayı "Yeni İl Tamaşası" - Lənkəran Lənkəran Dövlət Dram Teatrı
05 dek 2026 - 05 dek 2026 12:00 -
Şelkunçik – rəqs tamaşa Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
13 dek 2026 - 13 dek 2026 15:00 -
NOEL Festivalı Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı
19 dek 2026 - 19 dek 2026 11:30