Azərbaycanın Əbədi Klassikları

Azərbaycanın Əbədi Klassikları

Konsert
  • Beynəlxalq Muğam Mərkəzi
  • 22 noy 2026 - 22 noy 2026

Azərbaycanın Əbədi Klassikları

Orkestr və solistlərin ifasında.

Retro musiqilər, Azərbaycanın əbədi klassikləri — orkestr və şamların sehrli işığında.

22 noyabrda Beynəlxalq Muğam Mərkəzində Azərbaycan estradasının retro musiqilərinə və əbədi klassiklərinə həsr olunmuş xüsusi gecə keçiriləcək. Nəsillərin sevə-sevə dinlədiyi qızıl dövrün sevilən mahnıları Virtuosos of Baku orkestrinin zəngin səslənməsi və solistlərin ifası ilə yenidən canlanacaq.

Proqramda Azərbaycanın klassik və retro mahnıları orkestr aranjemanında, solistlərin canlı vokalı ilə təqdim olunacaq. Simli alətlərin zərifliyi bu melodiyaların nostalji ruhunu bir daha hiss etdirəcək.

Yüzlərlə şamın sehrli işığı isə axşama həm intim, həm də xatirələrlə dolu bir hava qatacaq.

Sevdiklərinizlə birlikdə Azərbaycanın əbədi klassiklərini şamların sehrli işığında yenidən dinləməyə dəvət edirik.

Tədbir haqqında:

🎶 Proqram: Azərbaycanın klassik mahnıları orkestr ifasında

🎻 İfaçılar: Virtuosos of Baku orkestri

🕯️ Atmosfer: Nostalji və şam işığı



 

Beynəlxalq Muğam Mərkəzi "Beynəlxalq Muğam Mərkəzi"