Zamansız nəğmələr
Konsert- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 10 dek 2026 - 10 dek 2026
“Zamansız nəğmələr” – Emil Əfrasiyab və Ramil Qasımovdan nostalji musiqi axşamı!
Dekabrın 10-da saat 19:00-da Opera Studiyasında Azərbaycan Respublikasının Əməkdar artistləri Emil Əfrasiyab və Ramil Qasımov “Zamansız nəğmələr” konsert proqramını təqdim edəcəklər.
Ötən əsrin 60–70-ci illərinin yaddaşlarda iz qoyan melodiyaları bu axşam yeni aranjemanlar və fərqli ifa üslubu ilə səslənəcək.
Ramil Qasımov görkəmli bəstəkarlar Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu və Cahangir Cahangirovun sevilən mahnılarını ifa edəcək.
Emil Əfrasiyab isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında hazırlanmış parafrazı, Vaqif Mustafazadənin yaradıcılığından seçmələri, eləcə də Azərbaycan və dünya caz klassikasının nümunələrini dinləyicilərə təqdim edəcək.
Klassik ənənələrin müasir musiqi yanaşması ilə qovuşduğu bu konsert tanış melodiyaları yenidən kəşf etmək və onların oyatdığı xatirələri yaşamaq üçün fürsət olacaq.
Sevilən nəğmələr, yeni yozum, yeni nəfəs!