TOFİQ QULİYEV — MUSİQİYƏ HƏSR OLUNMUŞ GECƏ

TOFİQ QULİYEV — MUSİQİYƏ HƏSR OLUNMUŞ GECƏ

Konsert
  • Beynəlxalq Muğam Mərkəzi
  • 21 noy 2026 - 21 noy 2026

TOFİQ QULİYEV — MUSİQİYƏ HƏSR OLUNMUŞ GECƏ

Orkestr və solistlərin ifasında.

Azərbaycan musiqisinin ustad bəstəkarına həsr olunmuş gecə — şamların sehrli işığında.

21 noyabrda Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin xatirəsinə həsr olunmuş xüsusi konsert gecəsi keçiriləcək. Onun melodik, səmimi və zamansız musiqisi Virtuosos of Baku orkestrinin zəngin ifasında yenidən canlanacaq.

Proqramda Tofiq Quliyevin sevilən mahnıları, eləcə də kino və teatr üçün bəstələdiyi əsərlər orkestr aranjemanında səslənəcək. Simli alətlərin zərif səslənişi bu unudulmaz melodiyaların ruhunu və emosional dərinliyini bir daha hiss etməyə imkan verəcək.

Yüzlərlə şamın sehrli işığı axşama xüsusi, səmimi və nostalji ilə dolu bir ab-hava bəxş edəcək.

Sevdiklərinizlə birlikdə şamların sehrli işığında Azərbaycan musiqisinin qızıl səhifələrini yenidən kəşf etməyə dəvət edirik.

Tədbir haqqında:

🎶 Proqram: Tofiq Quliyevin əsərləri orkestr ifasında

🎻 İfaçılar: Virtuosos of Baku orkestri

 

 

Beynəlxalq Muğam Mərkəzi "Beynəlxalq Muğam Mərkəzi"